Şəkərli diabet xəstəliyi

şəkər xəstəliyinə yoluxmuş gənc qızŞəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. Insulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə tə'sir edir. Eyni zamanda o karbohıdratların parçalanmasının qarşsını alır. Zülal mübadiləsinə insulinin təsiri, zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. Insulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. Insulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir. Insulinin işinin pozulması onun hazirlanmasının çatışmamazlığı ilə, və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir.
Davamı →

Şəkərli diabet

Qan şəkəri ,qlükoza orqanizm üçün lazım olan enerjini tənzimləyir.Ehtiyacdan artıq olan şəkər lazım gəldikdə istifadə edilmək üçün qaraciyər və yağ hüceyrələrində depolanır.Şəkərin orqanizmdə enerji olaraq istifadə olunması üçün insulinə ehtiyac var.İnsulin şəkərin qanda yüksəlməsini tənzimləyən bir hormondur.Mədənin arxasında pankreas adlı orqanın beta hüceyrələrində hazırlanır və qana paylanır.Yeməkdən sonra qan şəkəri yüksəldikdə pankreastakı insulin hazırlayan hüceyrələr xəbərdar olunur və qana insulin verilir.
Ardı →